
Bakı Psixologiya Mərkəzində 3 aylıq mentorluq proqramı başlayıb
Yanvarın 13-də Bakı Psixologiya Mərkəzi Mentorluq proqramına başlayıb. Proqram psixologiya sahəsində təhsil alan tələbələr, məzunlar, bu sahədə fəaliyyət göstərən və özünü inkişaf etdirmək istəyənlər üçün nəzərdə tutulub. Proqram çərçivəsində iştirakçılara təcrübəli mütəxəssislərin mentorluğu altında hədəflərini müəyyənləşdirmək, planlı şəkildə inkişaf etmək və praktik biliklərini gücləndirmək imkanı yaradılacaq.
Proqramın məqsədi psixologiya sahəsində inkişaf etmək istəyən şəxslərə fərdi dəstək vermək, peşəkar məqsədlərin sistemli şəkildə planlanması və həyata keçirilməsini təmin etmək, mütəxəssislərlə fərdi mentorluq əlaqəsi qurmaq, real təcrübədən öyrənmə imkanı yaratmaqdır.
3 aylıq proqram həftədə 1 dəfə fərdi seans formatında olacaq. Aylıq 1 dəfə ödənişsiz master-klas və ya qrup işi nəzərdə tutulub.
Qeydiyyatdan keçən hər iştirakçıya təqdim olunan siyahıdan öz inkişaf istiqamətinə uyğun mentor seçmək imkanı verilir. İlk seansda hədəflər müəyyənləşdirilir, inkişaf istiqaməti və aylıq plan hazırlanır.